Azərbaycan ilə Koreya arasında təhsil əlaqələri müzakirə olunub

Azərbaycan ilə Koreya arasında təhsil əlaqələri müzakirə olunub
21:23 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq-gyu ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə təhsil əlaqələri, o cümlədən ali və ilk peşə-ixtisas təhsili sahələrində əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə olunub.
Mikayıl Cabbarov ölkəmiz üçün Koreya Respublikasının təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR