“Qarabağ” növbəti mərhələyə çıxa biləcəkmi?

“Qarabağ” növbəti mərhələyə çıxa biləcəkmi?
21:27 10 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Anderlext"lə qarşılaşacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Bakıda belçikalılara qalib gələn Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasındadı. 

Son turöncəsi 1/16 final mərhələsinə çıxmaq şanslarını saxlayan "Qarabağ"ı Belçikada çətin sınaq gözləyir. Çünki "Anderlext" də qarşısına növbəti mərhələyə çıxmaq tapşırığı qoyub. "Qarabağ" Brüsseldə qələbə qazanacağı halda, "Anderlext"lə xalları bərabərləşəcək. Şəxsi oyunların nəticələri isə belçikalıları arxada qoymağa imkan verəcək. Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki "Anderlext"in istənilən xal itkisi "Monako" üçün "yaşıl işıq" ola bilər. Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən "Tottenhem"i üstələməlidi. "Qarabağ"ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. Bu üzdən ağdamlılar qələbə qazanmaqla yanaşı, "Tottenhem"in qalibiyyətini arzulamalıdı.

"Qarabağ" qalib gəlsə, "Monako" heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, "Tottenhem"lə birlikdə 1/16 finala yüksələcək ikinci komanda Qurbanovun yetirmələri olacaq. Çünki ağdamlılar 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdi.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

J qrupu

00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik

Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç

Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)

Brüssel. Konstant Vanden Stok stadionu

1.

Tottenhem

5

3

1

1

8-5

10

2.

Anderlext

5

2

1

2

6-5

7

3.

Monako

5

1

3

1

4-5

6

4.

Qarabağ

5

1

1

3

3-6

4

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR