Müasir İncəsənət Muzeyində rəsm sərgisi açılıb

Müasir İncəsənət Muzeyində rəsm sərgisi açılıb
21:28 10 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 10-da Müasir İncəsənət Muzeyində gənc rəssam Fərid Rəsulovun “YEGANESHANS” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə ənənəvi üsullarla işlənib hazırlanan sənət əsərləri nümayiş olunur. Tədbirdə Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov çıxış edərək sərgi və rəssam barədə məlumat verib. Bildirib ki, sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Qeyd edilib ki, Fərid Rəsulovun yaradıcılıq diapazonu özündə eklektik şəkildə heykəl, instalyasiya və qarışıq texnika ilə işlənən əsərləri cəmləşdirir.
Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər yerli mədəniyyətə ehtiram hissinin təzahürüdür. Burada rəssam sərgi məkanını yaradıcılıq studiyası hesab etməklə yanaşı, oyma prosesini də sərginin əsas kontekstinə daxil edir. Sərgidə nümayiş olunan sənət əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_Incesenet_Muzeyinde_resm_sergisi_achilib-910189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR