Qriqorçuk: “Qələbə “Krasnodar” üçün daha vacibdir”

Qriqorçuk: “Qələbə “Krasnodar” üçün daha vacibdir”
21:32 10 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "Krasnodar"la keçiriləcək oyun haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən bildirir ki, ukraynalı mütəxəssis oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Sabahkı oyunda qələbə şansınız nə dərəcədədir?

- Qələbə "Krasnodar" üçün daha vacibdir. Çünki qrup lideri ola bilərlər. Biz də qələbə üçün oynayacağıq. Oyundan əvvəl hər iki komandanın şansı eyni olur. 

- İndiyədək daha çox legionerlərə üstünlük vermisiniz. Nəzərə alsaq ki, sabahkı görüşün nətiəcəsi "Qəbələ" üçün önəmli deyil, ola bilərmi yerli futbolçuları meydanda görək? Onların beynalxalq oyunlardakı çıxışı bizim üçün çox maraqlıdır. 

- Bizim yanaşmamız dəyişmir. Sabah hansı futbolçu hazır olsa, meydana o çıxacaq.

- "Qəbələ" nəyin hesabına qalib gələ bilər?

- Bizim böyük istəyimiz, kifayət qədər bacarıqlı oyunçularımız var. Üstəlik, ümid ediri ki, Krasnodardakı kimi hakim haqsızlığı olmayacaq.

- Sizi Avropa Liqasının qrup məhələsində ən çox hansı oyunun nəticəsi təəssüfləndirdi?

-Xüsusi oyun olmadı. Xal itirdiyimiz bütün görüşlər bizi təəssüfləndirir.

- Qrup mərhələsinə yüksəlməyinizi böyük bayram adlandırmışdınız. Azarkeşlərin sabahkı oyuna marağı çox azdır. Bayramı tək qeyd etməkdən qorxmursunuz ki?

- Sabah nə qədər azarkeş olacağını bilmirik. Ancaq biz yenə onlar üçün meydana çıxacağıq. Azarkeş sayı az olsa, deməli, biz kifayət qədər yaxşı oynamırıq. 

- Rəqibdən kimləri qeyd edə bilərsiniz?

-15 nəfəri qeyd edə bilərəm (gülür). "Krasnodar"ın məşqçi heyəti də güclüdür.

- İstərdinizmi "Krasnodar"ı çalışdırasınız?

- Xeyr. "Qəbələ"nin baş məşqçisiyəm.

- Avropa Liqasının qrup mərhələsi böyük bir imtahandır. Sizin neçə futbolçunuz bu imtahandan keçə bilmədi?

- İstənilən oyun bizim üçün test idi. Bu tesdən kimin keçib-keçmədiyini mövsümün sonunda deyə bilərik. 

- Çempionatdakı uğursuz çıxışınızı sıx qrafiklə oynamağınızla bağlayırsınız. Demək olarmı bundan sonra "Qəbələ" özünə gələcək?

- Sizinlə razı deyiləm. Biz daxili çempionatda da yaxşı çıxış etmişik. Sadəcə, nəticəmiz yaxşı olmadı. Düzdür, istədiyimiz kimi oynaya bilmədik. Bütün görüşlərdən tək-tək nəticə çıxarmaq lazımdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR