Təbrizdə Heydər Əliyevin xatirəsi anılıb

Təbrizdə Heydər Əliyevin xatirəsi anılıb
21:37 10 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Baş konsulluqdan "Report"a verilən məlumata görə, mərasim ilk öncə ulu öndərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunulub.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun istər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etdiyini qeyd edib.
Baş konsul Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi və daxili çəkişmələrin də baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanmasında misilsiz xidmətlərinin olduğunu bildirib.
Baş konsul Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin də əsasını qoyduğunu vurğulayaraq, əlaqələrin uğurla irəliyə doğru aparıldığını və hazırda da dostluq və əməkdaşlıq prinsiplərinə söykənən bu əlaqələrin inkişaf etdiyini bildirib.
Ehsan süfrəsinin də açıldığı anım mərasimində İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini, vilayətin və valiliyin digər dövlət rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin məsul şəxsləri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/tebrizde-heyder-eliyevin-xatirsei-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR