Ev şəraitində cavanlaşdırıcı üz kreminin hazırlanması

Ev şəraitində cavanlaşdırıcı üz kreminin hazırlanması
21:37 10 Dekabr 2015
157 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ev şəraitində çox yaxşı təbii üz kremləri hazırlamaq olar.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, satışda olan kremlərin tərkibinə müxtəlif kimyəvi maddələr əlavə olunur ki, krem daha uzun müddət ərzində xarab olmasın, konsistensiyasını itirməsin və s. Ev şəraitində hazırlanan kremlərin əsas üstünlüyü onların təbii tərkibidir.
Sizə çox təsirli cavanlaşdırıcı kremin reseptini təqdim edirik.
İnqrediyentlər:
- 2 xörək qaşığı vazelin,
- 1 çay qaşığı ərik yağı,
- 1 çay qaşığı E vitamini yağda (apteklərdə satılır),
- 1 çay qaşığı küncüt yağı,
- 1 çay qaşığı bal.
Hazırlanması:
Bütün inqrediyentlər blenderdə yaxşı qarışdırın. Hazır kremi kiçik şüşə bankaya qoyun və soyuducuda saxlayın.  Bu kremi 1 ay ərzində istifadə etmək olar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR