Ulu Öndərin nurlu xatirəsi ürəklərdə əbədi yaşayacaq

Ulu Öndərin nurlu xatirəsi ürəklərdə əbədi yaşayacaq
21:38 10 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər.
Anma mərasimi ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib.
Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov dahi rəhbər Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan danışıb. Milli təhsilimizin inkişafında bu dahi şəxsiyyətin əvəzsiz rolunu xüsusi vurğulayan rektor qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan, ilk növbədə, məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Respublikamızın başı üstünü almış təhlükələr Heydər Əliyevin dühası, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları arxasınca aparmaq bacarığı sayəsində aradan qaldırıldı.
Azərbaycan tarixində əbədi və uca yer tutan Ulu Öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını söyləyən A.Rəhimzadə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, dünya birliyində mövqelərini daha da möhkəmləndirdiyini və regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında dahi şəxsiyyət Heydər Əliyevin tükənməz xidmətlərini vurğulayıb, Ulu Öndərin Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər də müstəqil Azərbaycanın inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_nurlu_xatiresi_ureklerde_ebedi_yasayacaq-910193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR