DSMF-nin Ağstafa rayon şöbəsi artıq pensiya ödəyib

DSMF-nin Ağstafa rayon şöbəsi artıq pensiya ödəyib
21:43 10 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrası ilə bağlı auditin nəticələri müzakirə edilib, iclasda yoxlama qrupunun rəhbəri R.Həsənovun nəzarət tədbirləri ilə bağlı məruzəsi və Auditor M.Əlişanovanın müəyyən edilmiş nöqsanlar, həmçinin auditor rəyində əks etdirilmiş tövsiyələri dinlənilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, ilk olaraq R.Həsənov nəzarət tədbiri zamanı tətbiq edilmiş metodlar və toplanmış audit sübutları barədə məlumat verib, bildirib ki, nəzarət obyektinin məcburi dövlət sosial sığorta haqlarının yığılması, pensiya və müavinətlərin təyin edilməsi və ödənilməsi ilə yanaşı, fərdi uçot sisteminin təşkil edilməsi və daxili nəzarət sisteminin fəaliyyəti də araşdırılıb.

Auditor M.Əlişanova toplanmış audit sübutları ilə müəyyən edilmiş nəticələri diqqətə çatdıraraq bildirib ki, Şöbə tərəfindən gəlirlərin proqnozlaşdırılması prosesində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, bir sıra hallarda hüquqi və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyaları və penyaların hesablanmasında nöqsanlara yol verilib, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və torpaq mülkiyyətçilərinə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsait müvafiq hesablara daxil edilməyib, debitor borcların bağlanılması ilə bağlı zəruri tədbirlər həyata keçirilməyib.

Daha sonra bir sıra hallarda əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində nöqsanlara yol verildiyi, əlil kimi əmək pensiyasının təyin edilməsi zamanı vətəndaşın faktiki əmək fəaliyyəti ilə məşğul olub-olmaması faktının araşdırılmadığı diqqətə çatdırılıb, qeyd edilib ki, bir neçə halda uşaqlarına görə sosial müavinət almasına baxmayaraq həmin ailə üzvlərinə görə pensiyanın baza hissəsinə müvafiq əlavələrin də hesablanılması səbəbindən artıq pensiya ödənilib.

Auditor məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi zamanı Şöbə ilə yanaşı bir sıra sığortaedənlər tərəfindən nöqsanlara yol verildiyini, həmin müavinətlərin təyin edilməsi prosesində əksər hallarda sifarişlərin Şöbəyə daxil olması və ödənişin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətlərə riayət edilmədiyini, nəticədə artıq və əskik müavinət ödənişinə yol verildiyini bildirib.

Daha sonra Auditor əldə edilmiş nəticələr əsasında auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, Şöbə tərəfindən gəlir və xərclərin proqnozlaşdırılması prosesində sahibkarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə yığım səviyyəsinin yüksəldilməsi, debitor borcların bağlanması, əmək pensiyalarının və müavinətlərin təyin edilməsi, əlillərə pensiya təyin edilməsi zamanı müvafiq məlumatların toplanması və üzləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib, müəyyən olunmuş nöqsanların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən həyata keçirilmiş tədbirlər nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59

5 yaşlı Medianews.az

23 Sentyabr 2017 09:58

Cəbhədə gərgin gecə

23 Sentyabr 2017 09:55

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

23 Sentyabr 2017 09:53

Türkiyə referendumla bağlı vacib çağırışlar etdi

23 Sentyabr 2017 09:52

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 09:45

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edib

23 Sentyabr 2017 09:42

Atəşkəs 112 dəfə pozuldu

23 Sentyabr 2017 09:39

200 milyon dollarlıq kokain partiyası ələ keçdi

23 Sentyabr 2017 09:38

Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub

23 Sentyabr 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.09.2017)

23 Sentyabr 2017 09:37

İlham Mirzəyev görün kiminlə, harada üzə çıxdı...

23 Sentyabr 2017 09:35

"Piyada sərnişin avtobusu tərəfindən vurulmayıb" - BNA

23 Sentyabr 2017 09:34

Azərbaycan Ümumdünya Demokratiya Forumunda təmsil olunacaq

23 Sentyabr 2017 09:28

Sürücünü vəhşicəsinə döyən şəxs tutuldu

23 Sentyabr 2017 09:18

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

23 Sentyabr 2017 09:17

Ağcabədidə yanğın olub

23 Sentyabr 2017 09:14

Biləsuvarda yol qəzası baş verib, ölən var

23 Sentyabr 2017 09:12

“Fitch” Rusiyanın reytinqi üzrə proqnozunu yaxşılaşdırıb

23 Sentyabr 2017 09:12

Salyanda yol qəzasında ölənlərin sayı 5-ə çatdı

23 Sentyabr 2017 09:09

Humanitar yardım daşıyan helikopter qəzaya uğradı

23 Sentyabr 2017 09:03

Bakıda gənc oğlanı sərnişin avtobusu vurub

23 Sentyabr 2017 09:02

Yalnız rus xalqına məxsus 10 qəribə adət - FOTOLAR

23 Sentyabr 2017 08:33

Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb

23 Sentyabr 2017 08:32

Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

23 Sentyabr 2017 08:22

Krasnodarda azərbaycanlı küçənin ortasında can verdi

23 Sentyabr 2017 08:13

Çin oktyabrın 1-dən Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq

23 Sentyabr 2017 08:07

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

23 Sentyabr 2017 08:02

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02