Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinət ödənilməsində bir sıra nöqsanlara yol verib

Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinət ödənilməsində bir sıra nöqsanlara yol verib
21:48 10 Dekabr 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (Mərkəz) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrini müzakirə edib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, yoxlama qrupunun rəhbəri Ü.Mürşüdovun tətbiq edilmiş audit metodları və araşdırılmış istiqamətlər üzrə məlumatı dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul auditor M.Əlişanova əldə edilmiş nəticələri və auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb.

Auditor bildirib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı Mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.

Auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib.

Auditor nəzarət tədbirinin nəticələri ilə bağlı auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı sənədlərin qəbulu və onlara baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, ailənin gəlirlərinin düzgün və tam olaraq nəzərə alınması, əmək pensiyası hüququnun yaranması ilə əlaqədar sosial müavinət almaq hüququnun itirilməsi ilə bağlı qanunvericiliyin tələblərini təmin etmək məqsədilə aidiyyəti qurumlarla mütəmadi məlumat mübadiləsinin aparılması üçün fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiqdir.

Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilib, qərarla bağlı Kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR