Avropa Liqası: "Qəbələ"-"Krasnodar" qarşılaşması başlayıb

Avropa Liqası: "Qəbələ"-"Krasnodar" qarşılaşması başlayıb
22:12 10 Dekabr 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirir. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiya "Krasnodar"ına qarşı mübarizə aparır.
"Bakcell Arena"da başlayan matçın start fiti saat 22:00-da səslənib.
Qarşılaşma Rusiya təmsilçisi üçün daha çox önəm daşıyır. "Krasnodar" Bakıdan qələbə ilə dönəcəyi təqdirdə qrup mərhələsini ilk pillədə başa vuracaq.
"Qəbələ" isə ən yaxşı halda Avropa Liqasında debütünü 3-cülüklə yekunlaşdıra bilər.
Bunun üçün Yunanıstanın PAOK klubu Almaniyada "Borussiya" (Dortmund) komandasına məğlub olmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-liqasi-qebele-krasnodar-qarsilasmasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR