Türkiyənin populyar aktyorlarından biri Cağatay Ulusoy gələn ay Bakıya gəlir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, baş rolda çəkildiyi "Delibal" filminin qala gecəsinə qatılacaq. Filmin təqdimat mərasimi yanvarın 7-də Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, filmdə Leyla Lidiya Tuğutlu, Hüseyn Avni Danyal, Mustafa Avkıran kimi tanınmış aktyorlar rol alıb.
Milli.Az