Azərbaycanda sürücülərə "dini" CƏZA

Azərbaycanda sürücülərə "dini" CƏZA
22:47 10 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobillərin üzərində dini mahiyyətli yazı və çağırışlar olan sürücülər cəzalandırılacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, ötən həftə Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" qanuna bir sıra dəyişikliklər edildi. Dəyişiklik avtomobillərdə dini yazıların vurulmasını məhdudlaşdırır. 

Dini yazıların avtomobillərdə qadağan edilməsi məsələsi ilə bağlı onların cərimələnməsi də gündəmə gəlir. Dini yazılar və ya şüarlar olan avtomobillərin cərimələnməsi adi günlərlə yanaşı, Aşura günü kimi müəyyən dini ayinlərin icra olunduğu vaxtlarda da davam etdiriləcək. Çünki bu cür yazılar dini radikalizmin təbliği kimi qiymətləndiriləcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR