Fövqəladə Hallar Nazirliyində “Günəşli” yatağındakı qəza ilə əlaqədar müşavirə keçirilib

22:48 10 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmələrinin rəisləri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəisləri, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssisləri iştirak ediblər.
Tədbirdə dekabrın 4-də baş verən qəza nəticəsində itkin düşən işçilərin axtarışı işlərində səmərəliliyin artırılması məsələləri müzakirə olunub.
Müşavirənin yekununda dekabrın 11-də axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopterinin və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb. Həmçinin Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinde_Gunesli_yatagindaki_qeza_ile_elaqedar_musavire_kechirilib-910217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR