Şimali Koreyanın dünyanı qorxudan silahı

Şimali Koreyanın dünyanı qorxudan silahı
23:01 10 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya prezidenti Kim Çen In hidrogen bombası istehsal etdikləri haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, mütəxəssislərin şübhə ilə yanaşdığı bu məsələ təsdiqini taparsa, onda, Şimali Koreya gələcəkdə nüvə silah gücünün artırılmasında böyük bir addım atmış olacaq.

Prezident paytaxt Pxenyanda hərbi muzeyi gəzərkən deyib ki, babası Kim İr Senin bir vaxtlar bu sahədə gördüyü işlər sayəsində hal-hazırda ölkə öz atom və hidrogen bombalarını partlada bilər.




"Şimali Koreya nüvə silahına sahib olan bir dövlətdir", - deyə ölkə lideri qeyd edib. Kim Çen In Şimali Koreyanın hərbi sənayesini güclü bir şəkildə inkişaf etdirəcəyini də vurğulayıb.

Lakin nədənsə Şimali Koreyanın atom bombası deyil, daha çox hidrogen bombasını istehsal etməsinə nə Cənubi Koreya Respublikası, nə də mütəxəssislər inanmır.



Xarici KİV-lərin birində danışan bir Cənubi Koreya kəşfiyyatçısı Şimali Koreyanın hidrogen bombasını istehsal etməsi ilə bağlı heç bir dəlilin olmadığını deyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR