Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda anılıb
23:03 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulluğu tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma tədbiri keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və “Günəşli” yanağında baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Baş konsul Pərviz İsmayılzadə tədbirdə çıxış edərək dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən ulu öndər Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və sərrast məntiqi ilə çətin vəziyyətlərdən məharətlə çıxa bildiyini, düzgün qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Baş konsul deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatların, əldə olunan müsbət nəticələrin təməlində Heydər Əliyev strategiyası dayanır. Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan inkişaf yolu ilə inamla irəliləyir.
Daha sonra çıxış edən Rusiyanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Qoça Buaçidze bildirib ki, Heydər Əliyevin siyasi irsinin, dövlətçilik fəaliyyətinin daha geniş öyrənilməsi vacibdir.
Tədbirdə Ulu Öndərin siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.
Anım tədbirində MDB ölkələrinin baş konsulları, SOCAR-ın, “Azərbaycan Hava Yolları” QSC-nin və diasporun Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün və Skaylayn Universitetinin əməkdaşları, bu şəhərdə və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Dubayda_anilib-910218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR