Bu mağazalar xarab mal satır (SİYAHI)

Bu mağazalar xarab mal satır (SİYAHI)
11:16 30 Dekabr 2014
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Mağazalarda aşkarlanan yararsız məhsullar satışdan çıxarılıb.

ANS PRES-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda
- Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ev, 13 ünvanında Nəbi Şirinova məxsus mağazada;

Binəqədi rayonunda
- Xutor sıraları, 2 ünvanında Yasin Əhmədova məxsus mağazada;
- 6-cı mikrorayon, 4a ünvanında Zeynəb Rəhimovaya məxsus mağazada;

Sumqayıt şəhərində
- 17-ci məhəllə, 46/3 ünvanında Təsil Mahmudova məxsus mağazada;
- Koroğlu prospektində Leyla Nəzərovaya məxsus mağazada;

Şəki şəhərində
- M.Müşfiq küçəsində Pünhan Əbdürrəhmanova məxsus mağazada;

Mingəçevir şəhərində
- Yeni Həyat qəsəbəsində Anar Umudəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

İsmayıllı şəhərində
- N.Səmədov küçəsində Asəf Atayevə məxsus mağazada;

Sumqayıt şəhərində
- "Şərq" bazarı ərazisində Süsanə Musayevaya məxsus mağazada;

Gəncə şəhərində
- Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda Səfayət Qurbanovaya və Eldəniz Mirzəyevə məxsus mağazalarda;

Füzuli rayonunda
- Böyük Bəhmənli kəndində İsmayıl İmanova məxsus mağazada;

Xaçmaz şəhərində
- Atatürk küçəsində Əlihüseyn Rəsulova məxsus mağazada;

Quba şəhərində
- 22-ci məhəllədə Mahir Əsgərova məxsus mağazada;

Mingəçevir şəhərində
- M.Maqomayev küçəsi, 52 ünvanında İlqar Mayılova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR