Deputatlarının bir sıra imtiyazları ləğv edilib

Deputatlarının bir sıra imtiyazları ləğv edilib
23:27 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstan parlamentinin - Joqorku Keneşin dekabrın 10-da keçirilən iclasında deputatlara məxsus bir sıra imtiyazlar ləğv edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, parlamentdəki koalisiya çoxluğunun lideri Çınıbay Tursunbekov bildirib ki, hökumətdə və dövlətin digər strukturlarında aparılan islahatların parlamentdə də həyata keçirilməsi vacibdir.

Sonra keçirilən səsvermə nəticəsində deputatlar xidməti avtomobillərdən istifadədən imtina ediblər. Xidməti avtomobillər üçün nəzərdə tutulan dövlət nömrə nişanları deputatların şəxsi avtomobillərinə vurulacaq.

İndiyədək hər deputatın bir köməkçisi və bir məsləhətçisi var idi. Lakin yeni qərarla 120 deputatın hər birinin köməkçi ştatı ləğv olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR