Türk alim Nobel mükafatı aldı

Türk alim Nobel mükafatı aldı
23:31 10 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Norveçin paytaxtı Osloda bu axşam keçirilən mərasimdə Nobel mükafatı sahiblərinə təqdim edilib.

Axşam.az Report-a istinadən xəbər verir ki, kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir olub.
 
Kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib. Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.
 
Professor, doktor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir. Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin müəllimidir.
 
Qeyd edək ki, 2015-ci ildə də Nobel mükafatı laureatlarının pul mükafatı formal olaraq dəyişməyib və əvvəlki iki ildə olduğu kimi yenə də 8 milyon İsveç kronu təşkil edir. Amma İsveç kronunun məzənnəsinin dollara nisbətdə zəifləməsi səbəbindən həmin məbləğ 2001-ci ildən bəri ilk dəfə bir milyon dollardan az olacaq və 950 min dollar təşkil edəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR