“Diriliş Ertuğrul” serialının qəhrəmanı Engin Altan Düzyatan hamilə həyat yoldaşı Neslişah Alkoçlarla məkanların birindən çıxarkən kameralara tuş gəlib.
Axşam.az gecce.com-a istinadən xəbər verir ki, yaxın dostlarının ad günü məclisində təxminən 4 saat vaxt keçirən cütlük jurnalistlərin suallarını cavablandırıb. Engin körpəsinin dünyaya gəlişinə çox az zaman qaldığını bildirib:
“Çox az qalıb, həyəcanlıyıq”.
Qeyd edək ki, Engin-Neslişah cütlüyünün oğlu dünyaya gələcək.