Ərdoğanın "Facebook" təşəkkürü (FOTO)

Ərdoğanın "Facebook" təşəkkürü (FOTO)
23:56 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün "Facebook"un yaradıcısı Mark Zukerberqə təşəkkür edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti öz "Facebook" hesabından Mark Zukerberqə müsəlmanlara dəstək verdiyi üçün minnətdarlıq bildirib. Bu, Mark Zukerberqin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından əsas namizəd olan Donald Tramp müsəmanlara qarşı yönəlmiş təklifinin əleyhinə çıxması ilə bağlı olub. Donald Tramp təklif edib ki, müsəlmanlıların ABŞ-a girişinə məhdudiyyət qoyulmalıdır. Mark Zukerberq müsəlmanlara dəstək çıxaraq qeyd edib ki, "siz "Facebook" sosial şəbəkəsində həmişə xoş qarşılanacaqsınız".

Türkiyə prezidenti isə öz qeydində Mark Zukerberqə bildirib: "Hər zaman qeyd etdiyim kimi, İslam bir sülh dinidir. Barış dini olan İslamı öz çirkli əməlləri üçün vasitə olaraq istifadə edən cinayətkar dəstələr hər gün günahsız insanları, ən çox da müsəlmanları qətl edirlər. Adlarını da İŞİD, "Əl-Qaidə", "Boko Haram", "Əl-Şəbab" qoymuş bu qaranlıq təşkilatlar İslam dünyasının üzərində oynanan oyunlara fiqurluq edirlər. Terrorçu müsəlman, müsəlman terrorçu ola bilməz. İslam və terror sözünün bir yerdə tez-tez istifadə edildiyi vaxtda, İslamla terrorun arasındakı bu böyük fərqi hiss edib öz hesabında müsəlmanlara dəstək olduğu üçün Mark Zukerberqə bütün müsəlmanlar adından xüsusi təşəkkürümü bildirirəm."



Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi sözlər qısa müddətdə hər kəsin qəzəbinə səbəb olub. ABŞ prezidenti Barak Obama, Ağ Evin milli təhlükəsizlik məsləhətçisinin müavini Ben Rohdes və bir çox vəzifəli şəxslər Trampın təkliflərini müsəlmanlar üçün təhqir kimi qəbul ediblər.


Donald Trampın "Twitter" hesabındakı yazısı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR