Köpdən qurtulmaq istəyənlər bunlara əməl etsin

Köpdən qurtulmaq istəyənlər bunlara əməl etsin
23:57 10 Dekabr 2015
136 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bədəndə su yığılması, yəni köpün yaranması mütləq bir tibbi problem olmasına işarədir. Maye bədənin toxuma və strukturları arasında boşluqlarında və ya dövran sistemində yığıldıqda bədənin bəzi üzvləri, məsələn, əllər, ayaqlar, üzün və qarın hissəsinin şişməsinə, yüksək qan təzyiqi və əzələlərin ağrımasına səbəb olur. Yüksək natrium və şəkər qəbulu, hormonal dəyişikliklər köp riskini artıra bilər. Köp keçici və qalıcı ola bilər. Hərdən bir müşahidə edilən köp təbiidir və ifraza kömək edir.

Əgər çox uzun zaman oturaq vəziyyətdə və ya ayaq üstə qalırsınızsa, yerin cazibə qüvvəsi səbəbindən bədənin müəyyən yerlərində, ayaqlar, qıçlarda maye yığıntısı yaranır. Artrit, böyrək, ürək, ağciyər xəstəlikləri də köpə səbəb olan xəstəliklərdəndir. Köp pəhriz və həyat tərzini dəyişməklə, eləcə də sidik ifrazını artıran maddələrlə müalicə edilə bilər.

Milli.Az lent.az-a istinadən köpdən qurtulmaq üçün bəzi məsləhətlər təqdim edir.

Gündə ən azı 8-10 stəkan su içərək, bədənin nəmli olmasına şərait yaradaraq, sidik ifrazını artıra bilərsiniz. Duz qəbulunu azaldın. Fast food, konservləşdirilmiş və dondurulmuş qida qəbulunu məhdudlaşdırın. Ağ çörək, makaron, şirniyyatdan uzaq durun. Spirtli içki qəbul etməyin, siqaret çəkməyin. Yemək bişirərkən zeytun yağı kimi faydalı yağlardan istifadə edin. Un məmulatları, kartof qızartması, soğan halqası və işlənmiş məhsullar və s. kimi trans yağ tərkibli qidaları unudun.

Həftədə 5 gün yüngül idman hərəkətləri edin. Allergiyanız yoxdursa, tam taxıl, tünd yaşıl yarpaqlı tərəvəzlər, dəniz qidaları, B qrup vitaminlə və dəmirlə bol olan qidalar yeyin. Həkiminiz natrium da məsləhət görə bilər.

Təbii, su tərkibi yüksək olan qidalara üstünlük verin. Ananas, armud, qarpız, zoğal həm yüksək su tərkiblidir, həm də lif faizi baxımından həzm sisteminin işini sürətləndirir. Eyni zamanda təzə meyvələrin tərkibindəki vitamin, mineral və antioksidanlar sayəsində immunitet sisteminin işləməsinə kömək olur. Zoğal sidik yolu infeksiyalarının qarşısını almaq xüsusiyyətinə də malikdir. Kərəvəz, xiyar da yüksək su tərkibinə malikdir. Bu qidalarla yanaşı, soğan və sarımsaq kükürd və silisiumla zəngindir. Bu maddələr böyrək daşlarının qarşısını almağa və həzmə kömək olur. Pomidor, dolmalıq bibər kimi antioksidanlarla zəngin qidalar yeyin. Cəfəri və razyana da potasiumla boldur. Bunlar böyrəkdəki suyun çıxmasını artırır və itirilən elektrolitləri yerinə qaytarır. Yulaf isə silisium tərkiblidir. Xolesterolla mübarizədə təsirlidir. Bununla yanaşı, qəbzlik riskini azaldaraq sağlam həzm sisteminin yaranmasına kömək edir.

Nəzərinizə çatdıraq ki, köp ciddi sağlamlıq problemi olduğu üçün mütləq həkimə müraciət edin.

Köpə qarşı qarışım:

2 stəkan cəfəri suyu, 2 stəkan xiyar suyu, 3 yemək qaşığı limon suyu, 1 dənə alma, 1 dənə kərəvəz sapı, ¼ çay qaşığı zəncəfil, 2 stəkan mineral su. Bunları blendrdən keçirin və yaxşıca qarışdırın. Gün ərzində 1-2 stəkan için. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR