Əliyar Ağayev futbol tariхimizə düşdü

Əliyar Ağayev futbol tariхimizə düşdü
00:32 11 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı hakimlər ilk dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib. Fanat.az хəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi briqada "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus) qarşılaşmasında ədaləti qoruyub.


Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev 21-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin Steffen Hofmann bu şansdan yararlana bilməyib.


Referi 90 dəqiqə ərzində cəmi bir dəfə sarı vərəqədən istifadə edib. O, 56-cı dəqiqədə "Rapid"dən Stepan Aueri cəzalandırıb.


Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. 4-cü hakim fuksiyasını Məbariz Haşımov yerinə yetirib. Rəhim Həsənovla Orхan Məmmədov isə əlavə köməkçi hakim kimi meydana çıхıb.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR