Fariz Nəcəfov: "Bacardığımız bu idi"

Fariz Nəcəfov: "Bacardığımız bu idi"
01:07 11 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Krasnodar"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, klub rəsmisi 0:3 hesabı ilə yenildikləri matçla bağlı bunları deyib:

"Biz daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qol buraxdıq. Bu günkü əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Sonuna kimi oynadılar və bütün respublikamıza Avropa həyəcanı yaşatdılar. 

Heç kim komandadan qrupa düşməsini gözləmirdi. Baxmayaraq ki, sonuncu yerdə qərarlaşdıq, mən "Qəbələ" ilə fəxr edirəm. Bacardığımız bu idi. "Çalışacağıq ki, gələn mövsüm daha yaxşı oynayaq.

Klubun prezidenti Tale Heydərov oyundan sonra komanda ilə görüşdü. Qrupa düşdüyümüzə və keçirdiyimiz oyunlara görə komandaya təşəkkür elədi. Futbolçulardan bundan sonra əsas diqqətləri daxili çempionata yönəltməyi istədi. Qarşıdakı oyunlarda xallar qazanmaq lazımdı".

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fariz-ncfov-quotbacardmz-bu-idiquot-t46073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR