Nobel mükafatı sahiblərinə təqdim edildi

Nobel mükafatı sahiblərinə təqdim edildi
01:34 11 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi baş tutub. Stokholm Filarmoniyasında keçirilən mərasimdə İsveç Kralı ХVI Karl Qustav üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını 10 laureata təqdim edib.

 

Qeyd edək ki, Fizika sahəsində 2015-ci ilin Nobel mükafatı neytrinonun kütləsinin mövcud olmasını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə iki alimə - yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda verilib.

 

Kimya üzrə Nobel mükafatı müvafiq olaraq üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim Əziz Səncərə verilib. Bu üç alimin işləri hüceyrələrin məhz necə öz DNT-lərini bərpa etdiyini başa düşməyə kömək edib.

 

Tibb sahəsi üzrə Nobel mükafatlarına amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu layiq görülüblər. Onlar bu mükafatı parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarına görə alıblar.

 

Ədəbiyyat sahəsində Nobel mükafatına isə görkəmli əsərlərinə görə Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.

 

İqtisadiyyat üzrə Nobel mükafatı mikroiqtisadi proseslərin və istehlakçıların davranışı sahəsində tədqiqatlara görə britaniyalı alim Enqus Ditona verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR