Min dərdin dərmanı alma

Min dərdin dərmanı alma
02:01 11 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Alma insanın sağlamlığı üçün ilk sırada olan meyvələrdən biridir.

ANS PRESS-in məlumatına görə, alma artıq çəkinizi azaltmaqla yanaşı, həm də çəkinizi normada saxlayan ən təbii vasitədir. Tibb işçiləri almanın faydaları haqqında çox məlumatlar verə bilərlər. Qısacası, alma təbii bir dərmandır. Gündə 1 dənə alma yeməyin sağlamlığa saysız-hesabsız faydası var.

Eyni zamanda, alma antioksidan baxımından çox zəngin bir meyvədir. Bəzi insanlar almanın qabığını soyaraq yeməyə üstünlük verir, amma almanın qabığında daha çox antioksidan var. Buna görə də maksimum çalışıb almanı qabıqlı yeyin. Həmçinin alma vitamin və minerallarla zəngindir.


Bundan başqa, bir çox araşdırmalar nəticəsində məlum olub ki, alma iflicin qarşısını almaq üçün təbii vasitədir. Nizamlı olaraq alma yeyən kəslərdə dəmir və bir çox vitamin çatışmamazlıqları kimi problemlər olmur.


Bir çox alimlərin araşdırmalarına görə, almadaki pektin adlı maddənin insan bədənində xolestrolu azaldır. Hər gün davamlı alma yeyilməsi nəticəsində xolestrol tamamilə yox olur. Alma yemək yoğun bağırsaq, döş, qaraciyər və ağciyər xərçənglərindən qorumağa köməkçi olur. Tərkibində bol miqdarda bor olması sümüklərin möhkəmliyini artırır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR