BMT-də Şimali Koreya mövzusu müzakirə olunub

BMT-də Şimali Koreya mövzusu müzakirə olunub
04:47 11 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyada insan hüquqları və azadlıqlarl mövzusuna həsr olunmuş iclas keçirilib.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, müzakirələr Rusiya, Çinin, Venesuela və Anqolanın etirazlarına baxmayaraq baş tutub.
İclasda çıxış edən bir sıra qərb dövlətlərinin nümayəndələri Şimali Koreyada cərəyan edən proseslərin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə olduğunu vurğulayıblar. Lakin Çin və Rusiya təmsilçiləri bu fikirlə razılaşmayıblar.
Şimali Koreya rəsmiləri ümumiyyətlə bu müzakirələri boykot ediblər. İclas sonunda heç bir qərar qəbul edilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR