ABŞ: İŞİD banklardan və neftdən 1,5 mlrd dollar qazanıb

ABŞ: İŞİD banklardan və neftdən 1,5 mlrd dollar qazanıb
04:49 11 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Suriyada bankların qarətindən və neft qaçaqmalçılığından 1,5 mlrd dollar gəlir əldə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə nazirinin müavini Adam Zubin bildirib.  

 

“İŞİD qara bazarda neftin satışından 500 mln dollardan çox vəsait əldə edib. Qruplaşmanın üzvləri İraq və Suriyadakı bankların qarətindən 500 mln dollardan 1 mlrd dollaradək vəsait əldə edib”, deyə o bildirib.

 

“İŞİD həmçinin qəddar üsullardan istifadə etməklə əhalidən zorla milyonlarla dollar alıb”, deyə nazir müavini əlavə edib.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR