Dünyanın məşhur hava limanındakı tikinti planı təxirə salındı

Dünyanın məşhur hava limanındakı tikinti planı təxirə salındı
05:26 11 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın paytaxtı Londonda ölkənin əsas beynəlxalq hava limanı olan Hitrou yeni uçuş-enmə zolağı tikintisi planlarını təxirə salıb.

ANS PRESS-in məlumatına görə, hava limanı 3-cü yolun salınması ilə bağlı bir sıra problemlərlə rastlaşıb. Əsasən, tikintinin ətraf mühitə necə təsir edəcəyi, təyyarələrin səsi və havanın çirklənməsi məsələləri rəhbərliyi narahat edir.

Şirkət rəsmiləri problemlərin tam araşdırılacağını və zolağın tikilib-tikilməyəcəyinə dair gələn yay mövsümündə qərar veriləcəyini bildirib.

“Aviasiyanın genişləndirilməsinə dair planlar məlumdur. Lakin biz gələcək nəsillərin də bu plandan yararlanacağından əmin olmalıyıq”, deyə Böyük Britaniyanın nəqliyyat naziri Patrik Makloxlin belə deyib.



Hitrou hava limanı Böyük Britaniyanın əsas beynəlxalq hava limanıdır. London yaxınlığında yerləşir. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır.

Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var.

Zolaqların tikintisi 1944-cü ildə başlayıb. 1955-ci ildə 2-ci terminal və yeni dispetçer qülləsi istifadəyə verilib. 60-cı illərdə yük terminalı tikilib, 1977-ci ildə hava limanının binası London metropolitenilə birləşdirilib.

Aeroportda 90-dan çox hava yolu şirkəti fəaliyyət göstərir, o cümlədən Azərbaycan Hava Yolları (2-ci terminalda). 2006-cı ildə 67 527 923 sərnişinə xidmət göstərilib.

Hava limanında anqlikan, katolik, müsəlman, induist və yəhudi dua otaqları var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR