Mərakeş polisi Parisdə törədilən terror aktlarının təşkilatçıları barədə həbs qərarı verib

Mərakeş polisi Parisdə törədilən terror aktlarının təşkilatçıları barədə həbs qərarı verib
05:27 11 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Mərakeş polisi noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının təşkilində günahlandırılan Salah Adeslam və Məhəmməd Abrini haqqında həbs qərarı verərək, onların ölkə ərazisində axtarışını elan edib.
Polis terrorçuluqda şübhəli bilinən bu şəxslərin fotolarını yayıb və onları görənlərdən polisə xəbər vermələrini istəyib. Ehtimal olunur ki, onların Mərakeş ərazisində ola biləcəkləri ilə bağlı Fransa hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hazırda bu iki şəxs bir neçə Avropa ölkəsində də axtarışdadır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/merakes-polisi-parisde-toredilen-terror-aktlarinin-teskilatcilari-barede-hebs-qerari-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR