“Dulusçu” yenidən səhnəyə qayıdır

“Dulusçu” yenidən səhnəyə qayıdır
05:33 11 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 20-də Dövlət Pantomim Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Biz nə tövr iş görürük” felyetonu əsasında səhnələşdirlimiş “Dulusçu” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq Artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar Artist Elman Rəfiyevdir. Tamaşada əsas rolları Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, aktyorlar Bəhruz Əhmədli, İlkin İsmayılov, Əli Əlizadə, Nurlan Rüstəmov, Səbinə Həsənova ifa edəcəklər.
Qeyd edək ki, “Dulusçu” tamaşası 2002-ci ildə səhnələşdirilib. Səkkiz ildir teatrın repertuarında xüsusi yer tutan səhnə əsəri bu dəfə bir qədər yeni üslubda təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Duluschu_yeniden_sehneye_qayidir-910231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR