Bərzani: Biz Türkiyəyə silah tədarükünə dair müraciət etməmişik

Bərzani: Biz Türkiyəyə silah tədarükünə dair müraciət etməmişik
05:39 11 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Kürd Muxtariyyətindən Türkiyəyə silah tədarükünə dair müraciət olunmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ankarada səfərdə olan İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.

 

“Biz hələlik Türkiyəyə silah tədarükünə dair müraciət etməmişik. Lakin, belə bir ehtiyac yaranarsa,  Türkiyənin bunu təmin edəcəyinə şübhə etmirəm”, deyə Bərzani Türkiyənin müdafiə naziri İsmət Yılmazla keçirdiyi görüşdən sonra bildirib.

 

Qeyd edək ki, M.Bərzani  Ankaraya ikigünlük səfərə gəlib.  Səfər çərçivəsində o Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Milli Kəşfiyyat Təşkilatının (MIT) rəisi Hakan Fidanla görüşüb. Danışıqların əsas mövzusu İŞİD-ə qarşı mübarizə, habelə İraqın şimalında türk hərbçilərinin mövcudluğu ilə bağlı Ankara və Bağdad arasında yaranmış gərginliyin nizamlanması olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR