Bakı-Sumqayıt yolunda "Mercedes" piyadanı vurdu

Bakı-Sumqayıt yolunda "Mercedes" piyadanı vurdu
06:34 11 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Bakı-Sumqayıt yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Məhərrəm Əsgərovu vurub. Yaralını sürücü özü xəstəxanaya çatdırıb. Həkimlər piyadanın qəza nəticəsində kəllə-beyin travması aldığını bildiriblər. Hadisə yerinə müstəntiq gəlib. Sürücünün ifadəsi alınıb. Sürücü bildirib ki, öz yolu ilə hərəkətdə olarkən dayanacaqda dayanan avtobusun qarşısından qəfil piyada çıxıb. O da avtomobili saxlaya bilməyərək piyadanı vurub. Faktla əlaqədar araşdırmalar aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR