Prokurorun 10 il cəza istədiyi Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı şərti cəza alıb - FOTOSESSİYA

Prokurorun 10 il cəza istədiyi Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı şərti cəza alıb - FOTOSESSİYA
11:17 30 Dekabr 2014
69 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:12 ]

Bakı – APA. Bu gün Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı barədə məhkəmə hökmü elan olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A. Navalnıy “İv Roşe” (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb.

 

Hakim bildirib ki, bu iş A. Navalnının 5 il şərti cəza aldığı “Kirovles” məsələsi ilə əlaqəli deyil. Cəza bu gün – 30 dekabr 2014-cü ildən hesablanacaq. Məhkəmə hökmün qüvvəyə minəcəyi tarixə qədər müxalifətçi haqqında ev dustaqlığı qərarını qüvvədə saxlayıb.

 

Aleksey Navalnının qardaşı Oleq isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı Aleksey Navalnının “Kirovles” üzrə hökm də nəzərə alınmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini, Oleq Navalnının isə 8 il müddətinə həbsə məhkum edilməsini istəmişdi. 

 

Navalnı qardaşları əvvəlcədən əlbir olub öz xidməti vəziyyətlərindən istifadə edərək dələduzluqda və mənimsədikləri vəsaiti leqallaşdırmaqda ittiham edilirdilər. İstintaqın versiyasına əsasən Navalnı qardaşları 2008-2013-cü illər ərzində dələduzluq yolu ilə “Yves Rocher” şirkətinin 26,7 milyon rubldan çox, “Mnoqoprofilnaya prosessinqovaya kompaniya”nın isə 4,4 milyon rubldan çox vəsaitini oğurlayıblar. Qardaşlardan 4,4 milyon rubldan çox vəsait müsadirə olunub. Aleksey Navalnı bu ittihamları saxta adlandırıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR