“Qarabağ”ın sensasiyaya gücü çatmadı

“Qarabağ”ın sensasiyaya gücü çatmadı
06:37 11 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Anderlext"lə qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Bakıda belçikalılara qalib gələn Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasında idi. 

Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri hesabı açan tərəf oldu. Ancaq 26-cı dəqiqədə rəqib qapısının torunu silkələyən Dani Kintana sevinib qurtarmağa macal tapmamış belçikalılar hesabı bərabərləşdirdi.

"Qarabağ" özünə gəlməmiş rəqib daha bir dəfə fərqlənərək bir anda üstün tərəf oldu.

Matçın sonrakı gedişatında dəfələrlə cəhd etməsinə baxmayaraq, "köhlən atlar" səfərdən məölubiyyətlə dönməli oldu.

Paralel keçən oyunda "Monako"nun da məğlub olması ilə şansları bir az da artan ağdamlılar təəssüf ki, bu oyunda sensasiya etməyə özündə güc tapa bilmədi.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

J qrupu

"Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 2:1

Qollar: Eddi Najar, 27, Okaka, 31 - Dani Kintana, 26

Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik

Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç

Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)

Brüssel. Konstant Vanden Stok stadionu

"Anderlext": 1. Silvio Proto, 3. Olivie Deşaxt, 21. Fabris Nsakala, 4. Mboci Kara, 7. Endi Najar, 10. Denis Praet, 30. Culiam Jile, 31. Yuri Tilemans, 9. Matias Suares, 93. İmo Ezekiel, 99. Stefano Okaka

Ehtiyat oyunçular: 33. Ruf, 14. Naytinq, 24. Haylen, 17. Konte, 26. Silla, 38. Kavaya, 46. Lukebakio

Baş məşqçi: Besnik Hasi

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 70. Çumbinyo, 90. Samuel Armenteros

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

1.

Tottenhem

6

4

1

1

12-6

13

2.

Anderlext

6

3

1

2

8-6

10

3.

Monako

6

1

3

2

5-9

6

4.

Qarabağ

6

1

1

4

4-8

4

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR