Bakıda kütləvi dava olub, xəsarət alan var

Bakıda kütləvi dava olub, xəsarət alan var
07:05 11 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda kütləvi dava olub. 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsi "Şuşa şəhərciyi" adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.  O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.
 
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR