Suriya müxalifəti Ali Komitə yaradıb

Suriya müxalifəti Ali Komitə yaradıb
07:32 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada hökumət əleyhinə çıxış edən qüvvələrin nümayəndələrinin iştirakı ilə Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən konfransın yekununda Danışıqlar üzrə Ali Komitə yaradılıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
 
Məlumata görə, quruma 32 nəfər daxil olub, onlardan 10-u silahlı qruplaşmaları, 9-u İstanbulda fəaliyyət göstərən Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını təmsil edir. Daha 8 nəfər müstəqil xadimdir, 5 nəfər isə Milli Koordinasiya Komitəsini təmsil edir.  
 
Qeyd edək ki, Danışıqlar üzrə Ali Komitənin tərkibinə həmçinin  silahlı qruplaşmalardan cənub və şimal cəbhələrdə vuruşan dəstələrin nümayəndələri, "Əhrar Əş-Şam" və "Ceyş Əl-İslam" radikal silahlı qruplaşmalardan isə müvafiq olaraq hər birindən bir nümayəndə daxil edilib.    
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR