Daha bir məşhurdan müsəlmanlara dəstək

Daha bir məşhurdan müsəlmanlara dəstək
08:12 11 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur boksçu Məhəmməd Əli amerikalı prezidentliyə namizəd Donald Trampa cavab verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, o, Trampın "müsəlmanların ölkəyə girişini qadağan edəcəyəm" sözlərinə cavab olaraq bu dinə ibadət edənlərə səslənib.

"Müsəlmanlar İslamı şəxsi mənfəətləri üçün istifadə etməyə çalışanlara qarşı çıxmalıdırlar", - deyən əfsanəvi boksçu müsəlmanları birləşməyə çağırıb. 

73 yaşlı Məhəmməd Əli Donald Trampın adını çəkməsə də bildirib ki, bəzi prezidentliyə namizədlər öz açıqlamaları ilə insanları İslam dinini öyrənməkdən soyudurlar.

O, İŞİD-in törətdiyi terror hadisələrini, işgəncələri də qınayaraq bildirib ki, əsl müsəlmanlar özlərini cihadçı kimi tanıdan bu qrupların qəddar vəhşiliyinin dinin əsaslarına zidd olduğunu bilirlər. Məhəmməd Əli "bu qatillər insanları əsl İslamdan uzaqlaşdırırlar" deyib.

Məşhur boksçu Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrindən də danışıb. "Mən də müsəlmanam və açıq deyə bilərəm ki, Parisdə, ya da başqa yerlərdə məsum insanların öldürülməsinin İslama heç bir aidiyyatı yoxdur", - deyən Məhəmməd Əli İslam dininin və həqiqi müsəlmanların terrora heç bir aiddiyyatı olmadığını bildirib.

Əfsanəvi boksçu Məhəmməd Əlidən başqa digər tanınmış şəxslər də Tonald Trampın müsəlmanlara qarşı səsləndirdiyi fikirlərə qarşı çıxaraq İslamı, müsəlmanları dəstəkləyiblər. 

Onlardan biri də facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqdir. O, öz "Facebook" səhifəsində Paris hadisələrini xatırladıb və müsəlamnlara dəstəyini bildirib.

"Mən buradan "Facebook"dakı və bütün dünyadakı müsəlmanlara dəstək səsimi eşitdirmək istəyirəm. Paris hücumlarından sonra (o həftəyə nifrət edirəm) müsəlmanların qorxusunu sadəcə təxmin edə bilirəm. Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq. Əgər bir müsəlmansansa, "Facebook"un yaradıcısı olaraq istəyirəm ki, bunu biləsən: Burada həmişə xoş qarşılanacaqsan. Biz burada sənin haqlarını qorumaq və etibarlı mühit yaratmaq üçün savaşacağıq", - deyə Zukerberq öz səhifəsində yazıb.

ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp dekabrın 8-də bildirmişdi ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır. "Ayıq olmalıyıq. ABŞ hökumət səlahiyyətlilərinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər", - deyə siyasətçi bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR