Bərzani: "Türkiyədən silah istəməmişik"

Bərzani: "Türkiyədən silah istəməmişik"
08:22 11 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Kürd Muxtariyyətindən Türkiyəyə silah tədarükünə dair müraciət olunmayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ankarada səfərdə olan İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.
 
"Biz hələlik Türkiyəyə silah tədarükünə dair müraciət etməmişik. Lakin, belə bir ehtiyac yaranarsa,  Türkiyənin bunu təmin edəcəyinə şübhə etmirəm", deyə Bərzani Türkiyənin müdafiə naziri İsmət Yılmazla keçirdiyi görüşdən sonra bildirib.
 
Qeyd edək ki, M.Bərzani  Ankaraya ikigünlük səfərə gəlib.  Səfər çərçivəsində o Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Milli Kəşfiyyat Təşkilatının (MIT) rəisi Hakan Fidanla görüşüb. Danışıqların əsas mövzusu İŞİD-ə qarşı mübarizə, habelə İraqın şimalında türk hərbçilərinin mövcudluğu ilə bağlı Ankara və Bağdad arasında yaranmış gərginliyin nizamlanması olub. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR