Azərbaycandan Avropaya mesaj: 54 milyon ton

Azərbaycandan Avropaya mesaj: 54 milyon ton
08:26 11 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır. ANS PRESS-in məlumatına görə, bunu QSC-nin sədr müavini Fərhad Quliyev İxracatçılar Klubunun ikinci iclasında deyib.

Onun sözlərinə görə, hazırda istifadə edilən bərələr təqribən 50 vaqon tutumludur. Bununla belə, bu il bərələrdə təqribən 70 min vaqon göndərilib.

F.Quliyev qeyd edib ki, Xəzər Gəmiçiliyinin həyata keçirdiyi ən iri yük daşımaları Türkmənbaşı və Aktau limanlarına istiqamətlənir.

Sədr müavini bildirib ki, Bakı-Aktau istiqaməti üzrə daşımalar 20-24 saata, Bakı-Türkmənbaşı istiqaməti üzrə isə 10-15 saat ərzində həyata keçirilir: "İldə ümumilikdə 5 milyon tona yaxın yük daşınır".

Vaqon daşımalara gəlincə, F. Quliyev bildirib ki, TIR daşınmaları da həmin iki istiqamət üzrə həyata keçirilir: "İl ərzində TIR-larla daşınan yüklərin həcmi 2 milyon tona çatır".



Bundan başqa, onun sözlərinə görə, cari ildə 50-70 min vaqon daşınıb.

"Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Avropaya yüklərin daşınması sahəsində potensialı ildə 54 milyon ton təşkil edir".

Bunu isə Odessada "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov "Avropa ilə Asiyanın birləşməsi: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış" beynəlxalq forumunda deyib.

O qeyd edib ki, TBNM layihəsinin bütün iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinə (2016-cı ildə gözlənilir) ehtiyac duyurlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR