Zəngilan rayon 15 saylı tam orta məktəbdə səyyar kitabxana təşkil edilib

Zəngilan rayon 15 saylı tam orta məktəbdə səyyar kitabxana təşkil edilib
08:48 11 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıtda səyyar kitabxana xidməti davam edir. Növbəti belə tədbir Şəhər Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, səyyar kitabxana Sumqayıtda yerləşən Zəngilan rayonunın 15 saylı tam orta məktəbində təqdim edilib. Xidmətinin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yeniyetmə və uşaqlar üçün səyyar kitabxanaların təşkil edilməsi və gənc nəslin kitabxanalara cəlb olunmasıdır.
Kitabxana işçiləri tarixə, milli mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq hüquqlarına dair kitabları nümayiş etdirib və oxucuları kitabxanaya abunə edərək onları istədikləri ədəbiyyatlar ilə təmin ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR