Azərbaycan Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib
08:53 11 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR