İspaniyada parlament seçkiləri ərəfəsində gərgin debatlar davam edir

08:58 11 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 11 dekabr, AZƏRTAC 
İspaniyada dekabrın 20-də baş tutacaq parlament seçkiləri ərəfəsində qızğın debatlar keçirilir. Televiziya vasitəsi ilə canlı yayımlanan ilk böyük debatda seçkidə iştirak edən 3 əsas müxalifət partiyası PSOE, “Podemos” və “Ciudadnos” liderlər səviyyəsində təmsil olunub. Hakim partiya olan Xalq Partiyasını isə Baş nazirin birinci müavini Soraya Saenz de Santamariya təmsil edib.
İspaniyanın Baş naziri Mariano Raxoyun debatda şəxsən iştirak etməməsi yerli cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Bir çox media orqanı və siyasi analitik bunu Xalq Partiyası liderinin debatdan çəkinməsi kimi qiymətləndirib.
Debatların ilkin mərhələsindən sonra keçirilən sorğular göstərir ki, cəmiyyət “Podemos” partiyasının lideri Pablo İqlesiası polemikanın qalibi hesab edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_parlament_sechkileri_erefesinde_gergin_debatlar_davam_edir-910237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR