Rusiyadan sonra ABŞ da Türkiyəni "vurdu"

Rusiyadan sonra ABŞ da Türkiyəni "vurdu"
09:06 11 Dekabr 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının satdığı neftin alıcıları Türkiyə və Suriyadır. ANS PRESS-in məlumatına görə, bunu ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Adam Şubin bəyan edib.

Onun sözlərinə görə, İŞİD terrorçu qruplaşması əldə etdikləri nefti Əsəd rejiminə satmaqla böyük gəlir əldə edir. ABŞ rəsmisi bildirib ki, neftin bir hissəsi isə sərhəddən keçirilməklə Türkiyəyə aparılır.

"İŞİD nefti Suriya və Türkiyəyə satmaqla ayda təxminən 40 milyon dollar gəlir əldə edir", deyə Adam Şubin bildirib.

Bundan əvvəl isə Şubin bəyan etmişdi ki, İŞİD terrorçu qruplaşmasının silahlıları Suriya və İraq banklarından 1 milyard dollar oğurlayıblar, neftin qara bazarda satışından isə 500 milyon dollar gəlir əldə ediblər.


Rəcəb tayyib Ərdoğan - Türkiyə prezidenti

Şubinin sözlərinə görə, terrorçular əhaliyə qarşı zor tətbiq etməklə onlardan milyonla dollar alıblar.

Daha əvvə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsəd və onun tərəfdaşları İŞİD terrorçularını maliyyələşdirir.

Həmçinin oxuyun: Ərdoğan Putinə sərt xəbərdarlıq etdi (VİDEO)

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Türkiyə İŞİD-lə neft ticarəti ilə məşğuldur. Onun sözlərinə görə, İŞİD neftinin Suriyadan Türkiyə ərazisinə gətirilməsinə dair əlində sübutu var.


Vladimir Putin - Rusiya prezidenti

Ərdoğanın Putinə cavabı çox gecikmədi. Türkiyə prezidenti Putinin "Türkiyə İŞİD-lə neft ticarəti ilə məşğuldur" iddiasına cavab verib: "İŞİD-in neftini Türkiyənin aldığını demək və bu cür iftiranı Türkiyənin üzərinə atmaq haqqına heç kim sahib deyil. Türkiyə bir terror qruplaşmasından neft alacaq qədər əxlaqi dəyərlərini itirməyib. Belə böhtanı heç kim Türkiyəyə ata bilməz. İddiasını isbatlamayan o kürsüdə oturmamalıdır".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR