Ermənilər təhlükəli plana girişiblər

Ermənilər təhlükəli plana girişiblər
09:57 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda ermənilərin ciddi fəallığı müşahidə olunur. Rusiyada güclü anti-Türkiyə təbliğatının aparıcı qüvvələrinə çevrilən ermənilər ortaya indi də başqa bir məsələni atıblar.

Artıq ermənilər Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) və Osmanlı İmperiyası arasında 13 oktyabr 1921-ci ildə bağlanmış Qars sülh müqaviləsinin ləğv edilməsi ilə bağlı Moskvada konfrans keçirmək istəyirlər. Artıq bununla bağlı müzakirələr də aparılır.

Bununla bağlı təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Milli.Az-a deyib ki, ermənilərin bu planı çox təhlükəlidir və regionda ümumi vəziyyəti daha da gərginləşdirə bilər: "Bilirik ki, Qars müqaviləsinin Azərbaycana da aidiyyəti var. Ona görə də bu məsələ ciddi narahatlıq doğurur. Əlbəttə ki, ermənilər rəsmi Moskvanın razılığını almadan belə bir tədbir keçirə bilməzdilər. Məsələlərin bu müstəvidə davam etməsi göstərir ki, Rusiya-Türkiyə münasibətləri hələ də pisləşməyə doğru gedir".

Ekspertin fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində ən maraqlı tərəf məhz ermənilərdir: "Ermənilər durmadan Rusiya-Türkiyə düşmənçiliyini qızışdırırlar. Onlar Türkiyənin Rusiya təyyarəsini vurmasını özlərinə böyük hədiyyə kimi qəbul edirlər. Onları sevindirən digər bir məqam da budur ki, Rusiya Ermənistanda yeni hərbi qüvvələr, 24 hərbi helikopterin yerləşdirilməsi istiqamətində qərar qəbul edib. Bu da erməniləri çox sevindirir. Ermənilərin məqsədi odur ki, vəziyyət daha da gərginləşsin və onlar bundan mənfəət əldə etsinlər".

Politoloq qeyd edib ki, müşahidələr göstərir ki, Rusiya-Türkiyə münasibətləri günbəgün gərginləşir: "Ötən bir həftə ərzində Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyaları daha da genişləndirib. Dünən isə Rusiya tərəfinin Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının inşasını dayandırması barədə qərarın verildiyi barədə məlumat yayılıb. Eyni zamanda, hərbi sahədə də gərginlik artıb. Rusiyanın Aralıq dənizindəki sualtı qayığından Suriyadakı İŞİD mövqelərinə qanadlı raketlər buraxılıb. İndiyədək Rusiya İŞİD-i Aralıq dənizindən vurmamışdı. Suriyadakı bombardmanlar davam etdirilib, İŞİD-in paytaxtı Rəqqaya zərbələr endirilib. Əks tərəfdən isə ABŞ hərbi donanması Türkiyə sahillərinə 3 gəmi göndərib, NATO isə Türkiyənin hava sahəsinin müdafiəsi üçün "Patriot" HHM sistemlərinin bu ölkədə yerləşdirilməsinə dair qərar qəbul edib. Bu hərbi hazırlıqların və iqtisadi sanksiyaların artması və miqyasının genişlənməsi, Rusiya mediasındakı anti-Türkiyə, eləcə də Türkiyə mediasında anti-Rusiya ritorikaları fonunda iki ölkə arasında münasibətlərin tezliklə yaxşılacağı gözlənilmir".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR