2015-ci ilin ən uğurlu milyarderi bəlli oldu

2015-ci ilin ən uğurlu milyarderi bəlli oldu
10:06 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu «Forbes» jurnalı 2015-ci il üzrə ən uğurlu milyarderlərin reytinqini dərc edib. Reytinq cədvəlində «Amazon» internet şirkətinin yaradıcısı Ceff Bezos liderdir. Belə ki, onun var-dövləti 29,5 milyard dollar artmaqla 58,4 milyard dollar təşkil edir.
 
 
Müqayisə üçün bildirək ki, cari ilin martında Bezos planetin ən zəngin insanları sırasında 15-ci pillədə  qərarlaşmışdı.
 
 
«ICTnews» elektron xəbər xidməti «lenta.ru» resursuna istinadən yazır ki, «Facebook»un həmtəsisçisi və direktoru Mark Zukerberq 45.6 milyard dollarlıq sərvətlə ikinci pillənin sahibi olub.
 
«Alphabet» şirkətinin baş direktoru Larri Peyc reytinqin üçüncü pilləsində qərarlaşıb. Onun varidatı 38.4 milyard dollar məbləğində qiymətləndirilib.
 
İlk beşlikdə, həmçinin «Alphabet» şirkətinin prezidenti Serqey Brin də yer alıb. Onun var-dövləti isə 37,6 milyard dollardır.
 
Emil Hüseynov
 
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40275-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR