Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib

Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib
10:17 11 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Roma. 11 dekabr. REPORT.AZ/ Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib.
"Report"un məlumatına görə, Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə səfirliyin əməkdaşları, İtaliyada yaşayan azərbaycanlılar, İtaliya ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan haqqında videoçarx təqdim olunub. O cümlədən Milandakı Expo-2015-də Azərbaycanın pavilyonu nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə danışıb.
Ardından İtaliyanın bəzi ictimai xadimlərinə Azərbaycanla əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkür fərmanları təqdim edilib. Mükafatlandırılanlar sırasında məşhur italyan müğənni Al Bano da var.





Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/romada-i-taliya-azerbaycan-geleceye-birlikde-adli-tedbir-kecirilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR