Sərhədə yaxın yerdə gizlədilmiş bağlamalardan görün nələr çıxdı

Sərhədə yaxın yerdə gizlədilmiş bağlamalardan görün nələr çıxdı
10:26 11 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətlərini  davam etdirirlər.

 

Lent.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR