"Həmişə xoşbəxt olmuşam"

"Həmişə xoşbəxt olmuşam"
10:26 11 Dekabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

“Həmişə xoşbəxt olmuşam. Bilirsiniz niyə? Çünki heç kimdən bir şey gözləmirəm. Gözləntilər insanı məhv edir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimovanın vizajist bacısı Nigar İbrahimova deyib. O, sosial şəbəkədə ünvanına yazılan sözlərə belə cavab verib:
 
“Həyat qısadır. Odur ki, özünü sev, öz həyatını sev və xoşbəxt ol. Həmişə gülümsə, yalnız özün üçün yaşa. Bir də səni yaşadan üçün. Danışmazdan əvvəl dinlə, yazmazdan əvvəl fikirləş, xərcləməzdən əvvəl qazan, dua etməzdən əvvəl bağışla, nifrət etməzdən əvvəl sev. Qəlbinizi və niyətinizi təmiz tutun. Heç kimi qınağa çəkib, müzakirə etməyin ki, tanrının mühakiməsinə düçar olmayın. Alınmırsa bir daha cəhd edin. Çünki ümid sonda ölür”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR