BMT: 2015-ci ildə dünya iqtisadiyyatının artımı 2008-2009-cu illərdəki maliyyə böhranı dövründən bəri ən aşağı olub

BMT: 2015-ci ildə dünya iqtisadiyyatının artımı 2008-2009-cu illərdəki maliyyə böhranı dövründən bəri ən aşağı olub
10:48 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ 2015-ci ildə iqtisadi artımın sürəti azalıb və 2,4 % təşkil edib. Bu, 2008-2009-cu illərdəki maliyyə böhranı dövründən bəri ən aşağı səviyyədir. "Report" xəbər verir ki, bu barədə BMT-nin hesabatında məlumat verilir.
Hesabatın müəllifləri dünya iqtisadiyyatının artımına mane olan beş əsas səbəbi müəyyən edib: makroiqtisadi qeyri-müəyyənlik; xammal məhsullarının qiymətinin aşağı olması və ticarət axınlarının azalması; valyuta məzənnələrinin və kapital axınlarının dəyişməsi səviyyəsi; investisiya qoyuluşlarında və əmək məhsuldarlığının artmasında durğunluq; iqtisadiyyatın maliyyə və real sektorları arasında saxlanan boşluq.
Ekspertlər hesab edir ki, belə vəziyyətdə inkişaf etmiş ölkələr yenidən qlobal artımın lokomotivi qismində çıxış etməyə başlayacaq.
Qeyd edək ki, proqnozlara görə, 2016-cı ildə dünya iqtisadiyyatının artım tempi 2,9 %, 2017-ci ildə isə 3,2 % təşkil edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bmt-2015-ci-ilde-dunya-iqtisadiyyatinin-artimi-2008-2009-cu-illerdeki-maliyye-bohrani-dovrunden-ber

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR