DSMF-də fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

DSMF-də fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
10:53 11 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, 2015-ci ilin dekabrın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25 faiz artıb. Noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02 faizini (24 048 nəfər) kişilər, 11,98 faizini (3 274 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə, 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (983), İran (969), Çin (847), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan (537), Ukrayna (443), Banqladeş (401), Özbəkistan (275), Almaniya (252), Filippin (239), ABŞ (237), Qazaxıstan (218), Türkmənistan (211), vətəndaşlığı olmayanlar (194), Koreya (191) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR